سن نه یاخینسان
آ... سئوگیلیم؛
یاغیشا
یاخیندا دا،
اوزاقدا دا.
سن نه یاخینسان
آ...سئوگیلیم؛
یا غیشا،
سئوگیلر یاغان زامان،
گؤز یاشیم آخان زامان.
⎕⎕⎕
کیریخدیم!
سن
یاغیشین اؤزوسن،
یاغیشا باخان زامان.
شئعیر:خسرو صلح کننده«باریشان»
1383/11/...
قایناق:ارک روزنامه سی
ساقین...
گؤزلریوی گؤزلریمه یومما.
ائله بو شیخ باخ.
اوچوشلارین نوقطه لییین آشارجاسینا.
سونسوز، بوجاقسیز.
تیک گؤزلریوی گؤزلریمه.
قوی، باشیم اوستونده کی گؤی اووونسون،
سنله اورتاق اولدوغو اوچون.
ساقین یومما گؤزلریوی.
دیلکلر زیروه سینده یالواریرام
ماویلییه
دونیامی چئوره له میش ماویلییه.
یومما.
یومارسان؛
بیله رک آرخایینام؛
یومولاجاق گؤی ده.
واا..ی،یوخ...
تپیله رک قارالیق،
یاشام قارانلیق،
شوملایار گئجه اوزریمه.
شئعیر:خسرو صلح کننده«باریشان»
1384/1/12
قایناق:ارک روزنامه سی
جومالی گؤزلریوه؛
باش تاپیرام
دنیزله قوش
ایلیشگیلی آنلاردان.
گؤیلره اوچمام اوچون،
تامین اولور
قیدام منیم
سنده دوغان جانلاردان.
شئعیر:خسرو صلح کننده«باریشان»
1384/9/...
قایناق:ارک روزنامه سی
« چاغیریش هاواسی »
اوره ییم...
گؤیلرین چیرپینیشی.
گؤزلریم...
یاغیشلارین یادیگاری.
سؤزلریم...
سحرین سوسغونلوغو.
آددیملاریم...
اکیلمیشلرین تارلاسی.
و دوروشوم...
داغلارین آغلاییشی.
حادی گل قورتار منی یاز هاوالیم.
شئعیر:خسرو صلح کننده«باریشان»
18/8/1384
قایناق:ارک روزنامه سی،سایی: 870
((Heçə çırpılan çaba))
Nə örtüklü!
Dalğaların
Qalabalıq barmaqlarında
Çalınıb itdin
Bir kədərli melodidə!
⎕⎕⎕
İndi bax;
Adıvı mən
Yazmaqdayam
Hər yumuşaq
Qıyının bağrına
Hey...
⎕⎕⎕
Hər geçən uşaq deyir:
((oho...y
Baxın dəliyə.))
Şeir:xosro solh konəndə(barışan)
1384/2/6
Qaynaq:Ərk qazeti
Sayı:889
((Anlaq))
Səni anlatıram...
Dənizin dərinliyin
Anlatan
Su kimi.
Həp üzərimdən
Bir gəmi geçir.
⎕⎕⎕
Səni anlayıram...
Dənizçinin
Balıq ovlayışı kimi
Həp;
Uyarır mavilik məni.
Şeir:xosro solh konəndə(barışan)
1384/8/11
Qaynaq:Ərk qəzeti,sayı:865
((zindan səbəbi))
Tüstü dolu bu şəhrdə;
Dub-duru,
Batmamış
Bir mavi göy
Tapsam əyər;
Sənin üçün uçurdaram
Qəfəsdəki
Ağ qanadlı göyərçini.
Şeir:xosro solh konəndə(barışan)
((Bir öpüşmək varağı))
Göyü də öpdüm;
Dərinləşdi bax..!
Dənizi öpdüm;
Susatdı eyvax..!
Toprağı öpdüm;
Doğuldu yeni..!
Zamanı öpdüm;
Quyladı yenə..!
Öpdü rəsmini;
Susadı, cumdu..!
Doğdu, gömüldü..!
Yenidən, yenə;
Aşiqi. Eyvax...
Dodaqlara bax...
Şeir:xosro solh konəndə(barışan)
((oyanan həqiqət))
Oyatma ay ana, oyatma məni...
Bu təhər yaşamaq; son niyətimdir.
Oyansam gördüyüm; gerçəyim deyil.
Yuxular oyanan həqiqətimdir.
Şeir:xosro solh konəndə(barışan)
((Uzaq...))
yuxularımın (( Şənay))ına təqdim;
Uzaq;
Bütün adətlərdən,
Uzaq;
Bütün sünnətlərdən,
Uzaq;
Bütün ləzzətlərdən,
Bütün qoşullardan uzaq,
sevəcəyəm səni mən.
⎕⎕⎕
Açmadığım zaman;
Gözlədiyim tilfunu,
Özümə iş
Axtarmadığım zaman,
Al-ver edincə;
Uduzduğum zaman,
Geçdiyim zaman;
Pasportsuz sərhəddən,
sevəcəyəm səni mən.
Şeir:xosro solh konəndə(barışan)
((Qonamlıq))
Birdə iki görmüşmüsünüz!?
Qəbirdə yaşam,
durduda ölüm!
Ho..y;
Sökün tolazlayın
Bu diriləri məndən,
Sökə bilsəniz əyər!
Bir ölümə gərəkli;
Hər şey yerin tapacaq,
Arxayınam.
Yadaki;
Söküm tolazlayım
Bu ləşləri təndən.
Bir yaşama gərəkli;
Hər şey
yerin tapacaq mı
görəsən?!
Ancaq;
Hansısı olursa, olsun.
Gərək qalmaz
O birinə.
Amma;
Nə olsa da;
Mən yalnız
Cəndək quylamaqdayam,
hələ də;
Nəfəslilərin
Bərələn gözlərində!
Şeir:xosro solh konəndə(barışan)
1384/7/...
Rədd ol artıq...))))
Rədd ol artiq...
Səni mən,
Tərk elədim.
Dalda gizli qəməvi,
Fərq elədim.
Ucalıqdan qaçaraq,
Yağmalayan bir selidin.
Ömrümün dönərgəsilə
Bu qaranlıq həyata
Səni mən bərq elədim.
Avara damcıyıdın.
Yox;
Səni tər tökmək ilə
Quduran dəniz edərkən,
Özümü qərq elədim!
Day inci sanmayıram;
Üstündəki parıltını.
İti passız qəməvi fərq elədim.
Rədd ol artıq, səni mən tərk elədim.
Şeir:xosro solh konəndə(barışan)
1384/11/...