Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

اؤیکو:نورماللارین نورمالی((Öykü:Normalların normalı))

                     Normalların normalı

 

İşsizlikdən lab az qala dəli olacaqdım.elə bunu düşünürkən önümdən bir dəli ,«keçəl- keçəl bamiyə, getdi mərizxanəyə...» qoşmasını oxuyaraq sovuşdu.öz-özünə gülümsəyərək, özümə dedim:(gör nə həlalzadədir bu, həə..., kaş mən də buna tay dəli olaydım.gör nə xəyalsız-xəyalsız, vellənə-vellənə özünə qoşma oxuyur.dünyada atom bombası patlasa belə, vecinə deyil!) Sonra dedim:(yox ay kişi, bu ki olmaz. doğru ki o yetdi ölkədən özgürdür, ancaq onu sevənler onun bu halından qan ağlayırlar. Mən ki bir varlığın biləmdən sinsiməsinə razi olmaram.belə olmaz.yox, belə ki olmaz.) Birdən yuxudan daşlanan kimi özümə gəldim.baxdım, gördüm bir tükançı mənə hürüd-hürüd baxaraq, deyir:(bax bu gedəyə, bu da bir növ dəlidir.)dedim:(əşi yalan da demirsən aa..,mən doğrudan da dəliyəm.axı öz çövrəsinə uymayan bir varlıq, həmməşə anormal adlanar, və anormal insana da dəli deyərlər.ancaq işin burasına gəl ki sən anormal bir toplum içinde normal olasan.onda nə olar!? nə od başıva tökməlisən!?)gördüm; kişinin qulaqları qızarıb, dil-dodağı bir-birinə dolaşdı.sonra mənə dedi:(ay gedə sən heç danışmağıvı başarmırsan, anlamları bir-birine qatdın ki...)gülümsəyərək dedim:(Sən deyən olsun.zatən, həmməşə belədir.şaşma haaa...)sonra yola düzənləndim.günəş də lab az qalırdı, olan-qalan beynimi də əritsin.bəlki bir küllü özümü düşünmək olayından rahatlayam.görəsən; o da belənçi bir toplumun üyəsiydi!?

Bəli, altı ay olardı ki mən lisansımı almışdım,evdə oturub, anama ev işlərində yardım edirdim. yəni ev oğlu olmuşdum.hərdən üstümə fikirlər yügürəndə bir zadlar cızma-qara eləyirdim. bəzilrinin dediyinə görə; onlar şeir adlanırdılar.kimisinin dediyinə görə; onlar öykü, nəsr, düz yazı və... belənçi bir qasdannamələrlə adlandırılırdılar. əslində özüm də bilməyirdim nə yazırdım, ancaq yazırdım.bəzilərinin siqar çəkmələri kimi, mən də buna mövtadıydım.axşamlarsa atam hirslənən çağlarda;  ikiz yapışqandan bərk yapışan deyinmələr nuş eləyirdim.örnəyin:(Ay gedə bamadordan omlet çıxar, səndən adam çıxmaz.hələ pis-pis də mənə dərs oxuyub, lisans alıb.indisə bir bucağa girib, mənə şer-qəzəl yazır.odur baa...məş qəzənfərin oğlu bazarda pula pul deməyir.ağıllı başlı uşaq elə olar da.uşaqlıqdan bazar işinə gedib, al-ver öyrəndi.indi bir qurddur.sən də yazıq benəva gedib, dərs oxudun.həm mənim dilsiz, ağızsız pullarımı qətlə yetirdin(üniversətə şəhriyəsinə görə).həm də irmi dörd yaşın var, hansı qız üzüvə baxsa pulun yox! indi mənə duyqusallıq teatrı oynayırsan.yenə də yazı, kitabdan əl çəkməyirsən.odur baa...böyüyünüz şəhriyarıydı da, fəlakətdə ölmədi mi? yenə də ona rəhmət, o birisilər intihar etmişlər.ala baa... daş başıva.)

             Bəli, bunlara tay sözləri, nə təkcə atam, bəlki başqaları da aydın olmazsa da, gizli söyləyirdilr.yəni düzün axtarsanız baxışlarından sezirdim.irgənməli, o xayin baxışlardan, yırtıcı, mənfəət axtaran baxışlardan. axı mən qatiliydim! cəhaləti qətlə yetirirdim.ancaq bütün bunlara gülməyim tuturdu.hayat sanki bir komediydi.

Çarliçaplin komediləri kimi, kəmal sunal filimləri kimi;(eşşək oğlu eşşək) deməyim gəlirdi.ucadan qah-qah qaqqıldayırdım.axı bir boyuddan da baxanda, yazıq atam da haqlıydı.axı məndən böyük əmioğlum lisansın alandan sonra, bir sovti-təsviri mağazasında şagirdlik eləyirdi.ayağım bir daşa ilişib, az qala yıxılacaqdım ki, yenə özümə gəldim.daşı qaldırımın ortasında öpməyim gəldi. elə bil o daş bir su olub, məni qorxulu bir kabusdan ayıtdı.başımı qaytardım, dedim:(pəho..v, gedə, eləbil banki sovuşdun ki...) axı qərariydi su ve bərq qəbizlərin banka ödəyəm.bir halda ki o gün həm sonuncu ödəmə günüydü, həm də cümə axşamıydı, yəni idari qurumlar obirisi  günlərə görə tez qapanırdılar.tələsik qaçmağa başladım.

⎕ ⎕ ⎕

sıra mənə yetişmək üzərəydi ki, banka bir yaşlı kişi girdi.uzaqdan bankın başqanı ayağına durub salam verəndən sonra dedi:(hacağa, xoş gəlmişsiniz.) Şansın çoxluğundan, haman kişi mənim sırama soxuldu.istədim bir söz söyləyim ki, bank işçisi dedi:(hacağa qabaqcadan tilfun açıblar.)hacağa dedikləri, öz hesabına otuz milyon tümən pul tökmək istəyirdi.kağazı alandan sonra mənə üz çövürüb, dedi:(Ay oğlan, gəl bu iki min tüməni, bu kağazı mənə doldur.)dedim:(Ay kişi, özün dolduranmısan mı!?) Dedi:(yox, mənim savadım yox ki, gəl doldur, budur baa... bu iki min sənin.)dedim:(əşi, o iki mini apar, ver oxula, orada adıvı yazmağı öyrən.sonra gəl, danışaq.) əlin qovzayaraq, dedi:(Ay gedə, mənə yaman mı deyirsən!?bilirsən mi mən kiməm?)dedim:(hən, necə bilməyim, sən normalların normalısan.)bir vurum-şıllaq düşdü ki, gəl, görəsən.o gün qəbizləri də ödəyənmədim.evdəki fırtınanı da özünüz zəhmət çəkib, sezərsiniz.

 

  YAZAN: XOSRO SOLH KONƏNDƏ (BARIŞAN)

Açıqlama:

Yazdığım bu öykü, təbrizin ərk qəzetində;(1385/7/18) tarixində, çap olmuşdur, ancaq bəzi yanlışlıqlar və dəyişmələrə yol verilmişdir. əmdən ya da səhvən bilməyirəm. ancaq onun düz forması yuxarıda yazıldığı kimidir.

 

 

 

                                       

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد