((oyanan həqiqət))
Oyatma ay ana, oyatma məni...
Bu təhər yaşamaq; son niyətimdir.
Oyansam gördüyüm; gerçəyim deyil.
Yuxular oyanan həqiqətimdir.
Şeir:xosro solh konəndə(barışan)
((Uzaq...))
yuxularımın (( Şənay))ına təqdim;
Uzaq;
Bütün adətlərdən,
Uzaq;
Bütün sünnətlərdən,
Uzaq;
Bütün ləzzətlərdən,
Bütün qoşullardan uzaq,
sevəcəyəm səni mən.
⎕⎕⎕
Açmadığım zaman;
Gözlədiyim tilfunu,
Özümə iş
Axtarmadığım zaman,
Al-ver edincə;
Uduzduğum zaman,
Geçdiyim zaman;
Pasportsuz sərhəddən,
sevəcəyəm səni mən.
Şeir:xosro solh konəndə(barışan)
((Qonamlıq))
Birdə iki görmüşmüsünüz!?
Qəbirdə yaşam,
durduda ölüm!
Ho..y;
Sökün tolazlayın
Bu diriləri məndən,
Sökə bilsəniz əyər!
Bir ölümə gərəkli;
Hər şey yerin tapacaq,
Arxayınam.
Yadaki;
Söküm tolazlayım
Bu ləşləri təndən.
Bir yaşama gərəkli;
Hər şey
yerin tapacaq mı
görəsən?!
Ancaq;
Hansısı olursa, olsun.
Gərək qalmaz
O birinə.
Amma;
Nə olsa da;
Mən yalnız
Cəndək quylamaqdayam,
hələ də;
Nəfəslilərin
Bərələn gözlərində!
Şeir:xosro solh konəndə(barışan)
1384/7/...
Rədd ol artıq...))))
Rədd ol artiq...
Səni mən,
Tərk elədim.
Dalda gizli qəməvi,
Fərq elədim.
Ucalıqdan qaçaraq,
Yağmalayan bir selidin.
Ömrümün dönərgəsilə
Bu qaranlıq həyata
Səni mən bərq elədim.
Avara damcıyıdın.
Yox;
Səni tər tökmək ilə
Quduran dəniz edərkən,
Özümü qərq elədim!
Day inci sanmayıram;
Üstündəki parıltını.
İti passız qəməvi fərq elədim.
Rədd ol artıq, səni mən tərk elədim.
Şeir:xosro solh konəndə(barışan)
1384/11/...
((Bir yola salma))
Sən də get,
Sən də
Burax məni!
Budağından üzülən
Yapraq sayağı!
Qop...
Sovuş...
Geç...
Ancaq;
Saralıb, sırtılıb, şitlənmə.
Cəhənnəm ol.
Artıq sən
yel təxtinə ləm vermişsən!
Haydı,
İtil didi.
Necə olsa da;
Mən
Qışlara alışığam.
Şeir:xosro solh konəndə(barışan)
1384/2/...
Barışanın həyatı:
((Xosro solh konəndə)) 1361/11/9 nda ((Təbriz)) şəhərində dünyaya göz açdı.O ilk,orta və mütəvvəsitə öyrənimini Təbrizin çəşidli oxullarında geçirdi.Sonra Şəbistər üniversitəsinə ((Dampərvəri mühəndisliyində)) qəbul olundu.1385 inci ildə lisansını aldı.Xosro öz təxəllüs adını ((Barışan)) seçibdir.Bu ad; öz soyadının (solh konəndə) türkcə söyləmidir. ((Barışan))dan bir şeir toplusu ((Yağış Saniyəsi)) başlığı ilə yayınlanıbdır.şeirdən əlavə, barışan öykü yazmağa da maraqlı bir yazıçıdır.Üniversitə illərində barışan ((Aşina)) adlı dərginin baş yazarlığın üstələnmışdır və indi də elə bu işə dəvam etməkdədir.Ayrıca onun şeir, öykü və başqa yazıları Azərbaycan və İranın çeşidli qəzet və dərgilərində yayınlanmışdır.İndilikdə Barışan ikinci kitabının ((mən sənə məcburam)) üzərində çalışmalarını sürdürür. Bu kitab, Türkiyənin adlım şair və yazarı; ((Atilla ilhan))ın seçilmiş şeirlərinin toplusudur ki Təbrizin ((Ərk)) intişaratı onun nəşrin üstələnibdir.Barışan şeir və yazında yenilik və çağdaşlıqdan yana bir yazıçıdır.Və tekrardan kəsin olaraq saqınır.Ancaq öz kök və kültürümüzdən, bir sözdə kimliyimizdən uzaqlaşmamağı vurqulayır.
Əziz oxucular, bu sayt(sitə)da siz Barışanın basğıya buraxılmış əsərlərini oxuya bilərsınız .Üstəlik öz dəyərli görüşləriniz barışanın əsərlərinə görə bildirsəniz, bizi çox məmnun edərsiniz
Satğın!!!))))
Sırtılan yaltağa bax...
Bu adam
Qusur...
Qusur...
Anasının pak sütünü,
Bəh-bəh ilə!
Bu adam;
Od vuru, A...
Atasının əkdiyi tarlalara!
Onunla qızışdırır
Buz bağlayan arzısını!
Bu adam;
Uşağının gələcəyin ayaqlayır,
Dik-çuxur, əyri yolun hamarlayır!
Yaltaqlanan sırtığa bax;
Bu adam;
Tüpürür
Damarındakı qanını!
Bu
Adamın,
Yetimlik morfinidir!
Atasını yetim edib!
Özünü də yetim edir!
Uşağını yetim edecek!
Xolyasını ondan alır!
Sonradakı;
Yetimlərin qıda sığan məndəsilə,
Dəstmallayır mənfəət çəkdiyini!
Sırtığa bax...
Yaltağa bax...
Özü də bilmir ki satır nəyi, nəyə!
Təkcə satır...
Satır...
Satır...
Yaltqlanan, sırtılan satğına bax...
Bu adam özün satır!!!
Şeir:xosro solh konəndə(barışan)
1384/9/30
Gör nəyivi sevdim))))
Sevdim belə bil; pusğusuz həmlələrivi.
Sevmədiyivi, üzümə demələrivi.
Satmaqdan qazanc tapan; bu biçim dünyada,
Söylə dahı bir də sevəydim nələrivi!?
Şeir:xosro solh konəndə(barışan)
((Getdim,itdim,bitdim.))
Gəldi inanan ordusu, getmək mənə düşdü!
Tapdı qonuyu yazıçı,itmək mənə düşdü!
Sordum; necə bir öyküdü bu, hammı köpübdür?!
Dünya nağılı başladı, bitmək mənə düşdü!
Şeir:xosro solh konəndə(barışan)
Dərd))))
Yaşamaq bu şıx,dərdimin adıdır.
Sancısı; anlamaq acı dadıdır.
Əcəl də çarə qılmırı dərdimə!
Hər şeyrim; sancıların fəryadıdır.
Şeir:xosro solh konəndə(barışan)
(( Son sevişmə ))
Bu gecə, bəlki son gecəmdir;
Sənin yanında.
Haydı; sevdicəyim
Aç çarşabıvı
Səhərə çıxan anlarım dək.
Soyun, hazırlan;
Çırıl-çılpaq,
Sadə insan dək.
Bəlki bu;
Son sevişməmizdir.
Fəlsəfə qoxulu qucağıvı mənə aç.
Və zaman deşən qollarıvı boynuma sal
Qoy öpüm; Duyğu çiləyən barmaqları,
Sığallayım saçlarıvı,
Dağ qazan əllərimlə
E..y; düşüncə hörüklü qız.
Bu gecə; ən atəşlı halımla;
Yanar dağlar kimi.
Ən ətəşli istəklə;
Çatlaq zəmilər dək.
Sevişəcəyəm səninle.
Qoy bilsinlər ki hələ də;
Xəstəliyim bitməyib.
Qoy bilsinlər ki hələ də; susamış haldayam
Öp məni, öp…
Çiçək addım, al dodaqlarınla
Mənə susğunluğu; susdurmağı öyrədən dodaqlarınla.
Ve həyat doğan nəfəsivi düyünle nəfəsimə.
Gəl sevişək A…sevgilim.
Gel…
Ey xatirə bəzəkli qız.
Bu son sevişməmiz bəlki.
Göm-göy baxışımla;
Canımın iliyin,
Bir gəbə şeirimi
Əkirəm
O yam-yaşıl gözlərivə.
Və mən gedəndən sonra;
Bilirəm…
Arxayınam...
İnanıram…
Doğacaqsan mələyim
Arzı adlı körpəmizi.
Şeir:xosro solh konəndə(barışan)
E-mail:barishan1983@yahoo.com
http://www.siirdefteri.com/index.php?sayfa=sair&sair_id=13355&sair=Barışhan%20Tebrizli
E-mail:barishan1983@yahoo.com
((Nə bilim?!))
Ürəyimdə od yanırmış, nə bilim?!
Əlovlar içrə qanırmış, nə bilim?!
Elə bir ışıq saçırmış gecədə;
Uyuyan keh oyanırmış, nə bilim?!
Daş olan ürək belə bu istidən;
Əriyirmiş, calanırmış, nə bilim?!
Hisara salanda od soqaqları;
Qaraqollar taranırmış, nə bilim?!
Hər görən faceəni anlayaraq,
Qorxudan zorla danırmış, nə bilim?!
Dəhşətli bu olayı tanrı belə;
Bir doğal olay sanırmış, nə bilim?!
Çarəsində bu yasaq düşüncənin;
Od üste od qalanırmış, nə bilim?!
İstədim şeyr yazam bu halətə;
Dilimdə söz dayanırmış, nə bilim?!
Adi səhnələr yanarmış ((barışan)),
Yerinə dət yaranırmış, nə bilim?!
Şeir:xosro solh konəndə(barışan)