اونوتدوم یئریمهییمی،
چاشدیم!
آخیردی سینما پردهلری گؤزلریمدن!
آددیم آتدیقجا یولوم سسلهنیردی.
«تبریز»ین خییاوانلاری بیر تیراژئدییله بیتیردی؛
«باهار آغزی، ساعات قاباغی، راستا کوچه، شهناز»...
سن هر بیر دالغا تیترهییشیمده اوغولوردون!
من هر بیر داملا گؤز یاشیمدا بوغولوردوم.
سن بیر مئلودرام یاشاماقدایدین.
«اورمو» دنیزجییی اومودوم.
اونوتدوم یئریمهییمی،
سوسدوم!
آدیم بوتون تئلسیزلرده قاچیردی!
آیاقلاریم دالیمجا سورونوردولر!
بوتون "ائس-مئس"لریوی سیلمیشدیم؛
منه یوللادیقلاریوی،
یوللامادیقلاریوی!!!
ساغیرلیق یاغیردی گؤیلردن،
سن سؤزلریمده ایسلانمیشدین.
اونوتدوم یئریمهییمی،
باغیشلا...
چئینهلیب،
توپورولدوم،
ان چیرکین آغیزلاردان،
دادی سورولموش
ساققیز کیمی!
باغلانیردی چالدیغیم بوتون آچیق قاپیلار!
کافر گؤرونتوسونده گؤرونوردوم بوتون آیفونلاردا!
پئیغمبریمی شئیطان تورو مندن آییرمیشدی.
اونوتدوم یئریمهییمی، ایتدیم!
بئیینیمی بیر فیکیر سرخوشلوغونا مزه ائتمیشدی!
بیر ماشیندا "من بو گئجه اؤلمزسم..." ماهنیسی،
یاپراقلار آدام کیمی آغاجلاردان آسیلمیشدی!!!
گؤزلریم پیرتلاییب،
ووجودوم قارالیب،
سورعتیم ماکزیموما چاتمیشدی.
سون دوراغی سسلهمکدهیدی دارقاشاییرد بیر شوفئر.
من آلچالیردیم هوندور بیناءلار اؤنونده.
اونوتدوم یئریمهییمی،
اوتاندیم...
اوتاندیم...
سئویشیردیم یاستیغیملا..،
یورقانیملا اؤپوشوردوم..،
خیالین بویلو قالمیشدی!
قاباغیمدا دورموشدون،
«تبریز» گؤرونمهییردی!!!
اؤزو ده یای فصلییدی،
تیترهییردیم..،
تیترهییردیم..،
آنجاق اوشومهییردیم!!!
بیر جهندمییدی بوتون فصیللر!
گؤزلریم آسقیریردی.
سنه لاب آغلادیغیم شئعیریمی یازیردیم.
جیم-جیلاقدیم.
ایسلاق خییاوانلار پارلاییردی؛
«باهار آغزی، ساعات قاباغی، راستا کوچه، شهناز»...
گؤزلرین پارلاییردی.
یاغیش یاغماییردی..،
یاغماییردی...
بوتون قانوولاردان قانیم آخیردی!
«تیرَختور» اودوزدورولماقدایدی!!!
ایستادییوم قیپ-قیرمیزی، آل، آل...
سؤزجوکلر باش قالدیریردی،
شئعیریم موددان دوشموشدو!!!
سوروشوردولار؛
خیطاب ائتدیکلریم:
"کؤکسوندهکی پومپانین دهیری نئچه؟!"
اونوتدوم یئریمهییمی،
یورولدوم.
تیلفوندا «آ. اوغور اولگار»ین سسی.
اوتوز-بیر ساعات دورمادان سسلهییردی «ایستانبول» منی.
ایلدیک سالیردی یولوما قار!
یوخومدا سنی گؤروردوم،
دانیشیردیق.
آغزیوی یومدون «ایستانبول» باشلادی.
«آکسارای»لا «گجیل» بیرلشمیشدی!!!
کاپیتالیستله بیرلشمیشدی پرولتاریا!
یوخسول بیر هوتئل قویلامیشدی آرزیلاریمی!
پولسوز-پاراسیز قالمیشدیم.
پول وئریب اوتوز-بیر چکمیشدیم!!!
اوشوموشدوم...
اوشوموشدوم...
تیترهمهمیشدیم آنجاق.
حسرتین معصوم بیر اَتنه کیمی بیلمم نئجه دوغولموشدو!؟
خییاوانلارین آدلارین سایماقدایدیم؛
دؤرد، اوچ، ایکی، بیر...
حئساب-کیتابیمدا کیریخمیشدیم!!!
ایفلاس ائتمکدهیدیم.
اونوتدوم یئریمهییمی،
جومدوم!
بوتون playerلرده سسیوی دینلهییردیم.
«ونگوگ»ون قولاغین بیر فاحیشهدن ساتین آلمیشدیم.
بوتون یازدیقلاریم چالخالانیردیلار!
چولاق بیر قاریشقا یئریمکدهیدی،
اوجوندا قلمیمین!!!
آدین مارک اولموشدو بوتون قاچاق ماللارا!
ایزلریوی آختاریردیم.
لال سؤزجوکلریم دیل آچیب دَلی اولوردولار!
اؤسگوروردوم سینمدهکی سؤزلری.
آرتیق آنلاشیلماز بیر شئعیره دؤنوشموشدوم.
-------------------------------------------------------
شئعیر:خسرو صلح کننده(باریشان)
1389/8/20
---------------------------------------------------------------------------
Unutdum yeriməyimi,
Çaşdım!
Axırdı sinəma pərdələri gözlərimdən!
Addım atdıqca yolum səslənirdi.
"Təbriz"in xiyavanları bir trajediylə bitirdi;
"Bahar ağzı, Saat qabağı, Rasta küçə, Şəhnaz"...
Sən hər bir dalğa titrəyişimdə oğulurdun!
Mən hər damla göz yaşımda boğulurdum.
Sən bir melodram yaşamaqdaydın.
"Urmu" dənizciyi umudum.
Unutdum yeriməyimi,
Susdum!
Adım bütün telsizlərdə qaçırdı!
Ayaqlarım dalımca sürünürdülər!
Bütün "sms"lərimi silmişdim;
Mənə yolladıqlarıvı,
Yollamadıqlarıvı!!!
Sağırlıq yağırdı göylərdən,
Sən sözlərimdə ıslanmışdın.
Unutdum yeriməyimi,
Bağışla...
Çeynəlib,
Tüpürüldüm,
Ən çırkin ağızlardan,
Dadı sorulmuş
Saqqız kimi!
Bağlanırdı çaldığım bütün açıq qapılar!
Kafər görüntüsündə görünürdüm bütün ayfonlarda!
Peyqəmbərimi şeytan toru məndən ayırmışdı.
Unutdum yeriməyimi, itdim
Beyinimi bir fikir sərxoşluğuna məzə etmişdi!
Bir maşında "Mən bu gecə ölməzsəm..." mahnısı,
Yapraqlar adam kimi ağaclardan asılmışdı!!!
Gözlərim pırtlayıb,
Vucudum qaralıb,
Sür,ətim makzimoma çatmışdı.
Son durağı səsləməkdəydi darqaşayırd bir şofer.
Mən alçalırdım hündür binalar önündə.
Unutdum yeriməyimi,
Utandım...
Utandım...
Sevişirdim yastığımla..,
Yorqanımla opüşürdüm..,
Xəyalın boylu qalmışdı!
qabağımda durmuşdun,
"Təbriz" görünməyirdi.
Özü də yay fəsliydi,
Titrəyirdim..,
Titrəyirdim..,
Ancaq üşüməyirdim!!!
Bir cəhəndəm idi bütün fəsillər!
Gözlərim asqırırdı.
Sənə lab ağladığım şeirimi yazırdim.
Cım-cılaqdım.
Islaq xiyavanlar parlayırdı;
"Bahar ağzı, Saat qabağı, Rasta küçə, şəhnaz"...
Gözlərin parlayırdı.
Yağış yağmayırdı..,
Yağmayırdı...
Bütün qanovlardan qanım axırdı!
"Tirəxtur" uduzdurulmaqdaydı!!!
İstadıyom qıp-qırmızı, al, al...
Sözcüklər baş qaldırırdı,
Şeirim moddan düşmüşdü!!!
Soruşurdular;
Xitab etdiklərim:
((köksündəki pompanın dəyəri neçə?!))
Unutdum yeriməyimi,
Yoruldum.
Tilfunda "A. Uğur olgar"ın səsi.
Otuz-bir saat durmadan səsləyirdi "İstanbul" məni.
İldik salırdı yoluma qar!
Yuxumda səni görürdüm,
Danışırdıq.
Ağzıvı yumdun "İstanbul" başladı.
"Ak saray"la "Gəcil" birləşmişdi!!!
Kapitalistlə birləşmişdi proltarya!
Yoxsul bir hotel quylamışdı arzılarımı!
Pulsuz-parasız qalmışdım.
Pul verib qulluq etmişdim!!!
Uşumuşdum...
Uşumuşdum...
Titrəməmişdim ancaq.
Həsrətin mə,sum bir ətənə kimi bilməm necə doğulmuşdu!?
Xiyavanların adların saymaqdaydım;
Dörd, üç, iki, bir...
Hesab-kitabımda kırıxmışdım!!!
İflas etməkdəydim.
Unutdum yeriməyimi,
Cumdum!
Bütün "player"lərdə səsivi dinləyirdim.
"Vəngog"un qulağın bir fahişədən satın almışdım.
Bütün yazdıqlarım çalxalanırdılar!
Çolaq bir qarışqa yeriməkdəydi,
Ucunda qələmimin!!!
Adın mark olmuşdu bütün qaçaq mallara!
İzlərivi axtarırdım.
Lal sözcüklərim dil açıb dəli olurdular!
Ösgürürdüm sinəmdəki sözləri.
Artıq anlaşılmaz bir şeirə dönüşmüşdüm.
----------------------------------------------------------------------
Şeir:xosro solh konəndə(barışan)
1389/8/20