Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

کیتاب ائندیر...Kitab endir




Xosrov Barışan”ın “İçdim Təbrizin ışıqlarını” kitabı yayınlandı. Bu kitabı endirmək üçün buraya tıxlayın. 

چیرپینما...ÇIRPINMA

سن... 

  گؤزلرینده بیر دنیز. 

  دنیزده بیر تکنه. 

  تکنه(1)ده بیر شاعیر. 

  کاغاذدا بیر شئعیر. 

  شاعیرین اوره ­ینده سن. 

  □□□

  چیرپینیر اورک... 

  چیرپینیر کاغاذ... 

  چیرپینیر تکنه... 

  چیرپینیر دنیز... 

  چیرپینیر من... 

   

  ------------------------------------- 

  1.تکنه: لِنج(فارسجا) 

   

  شعر: خسرو باریشان 

  1392/2/... 


Sən...

Gözlərində bir dəniz.

Dənizdə bir təknə.

Təknə(1)də bir şair.

Kağazda bir şeir.

Şairin ürəyində sən.

□□□

Çırpınır ürək...

Çırpınır kağaz...

Çırpınır təknə...

Çırpınır dəniz...

Çırpınır mən...

 

-------------------------------------

1.Təknə: Lenc(farsca)

 

Şeir: Xosrov Barışan

1392/2/...

اوُشاق...UŞAQ



دئمه:«- نییه اوُشاقسان؟» شاعیرلر اوُشاق اؤلر.

  شعر دوغاراق جان وئرَر، اؤلومدن قاباق اؤلر. 

 

خسرو باریشان

1392/7/3


---------------------------------------------------------


Demə:((-Niyə uşaqsan?)) şairlər uşaq ölər.

Şer doğaraq can verər, ölümdən qabaq ölər.

 

Xosrov Barışan

1392/7/3

Obaşdan, Saat: Bir