Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

DUZLU GƏLİNİM

Ey

 Səni özgə özgəyə pay verən

                            Damo bəzək

                              Duzlu gəlinim;

Gözlərin

  Göm-göy bir dəniz...

O(Bu) yenələnən heçlaqda

            Gərdəyə girəcəksən!

Qızlığı getmiş bir kəniz.

Yumruqların izindən

     Göm-göy bir bəniz...

Dərd çox,

 Həmdərd yox,

            Yanıram...

Ağlaya bilməyirsən,

Yağıram.

Ah nə olardı bir gözlərivə bağıram:

-"Ehey dəniz...

              Dəniz...

               Susqunluğunda parıldayır

                       Silahımın sadəcə əksi!!!"

Və sızlaya bilməyirəm də, sezirəm.

Arzıların gözyaşlarımdan da arın...

Gözlərin qurumuş mu?!

Duzluluğun duzlağa dönməkdədir, vax, vax...

Ahıvın burulqanında dağılır..,

                        Dağılır bir yarın.

Yarım...

  Yarım...

      Mənim bu yox ha varda doğma varım.

Sevgilisiz

 Ögey bir dul kimi

   Korlanıb turşayacaqsan;

Şeirimin gəmisi

 Kaptansız qalacaq!

Dodu dolanacaq

 Düşüncəmin dalqaları.

Vay...

  Vay...

      Bu yuxuqalaqda

       Birdən-birə daşlansaq da

Artıq gecdir əzizim,

             Mənim izim.

Oğulur..,
 Oğulur umud

  Yumruqlarımda...

 

Şeir dediyimsə

 Silahsız bir fədayi çerikdir

     Adını URMU qoyduğum

             Sevgilimi qurtarmağa.

Sevişmək artıq yasaqdır.

Tikanlı məftillər çəkilmiş gözlərimə!

Aman allahım!!!

 Bağrı çatlamış...

Qəbir gözlü gözəlim

        Açınca gözlərivi

         Baxışıva quylanıram.

Ax...

 Ax...

  Ey-vay

   Gəlinlik var,

       Gəlin yox!!!

 


Şeir: Xosrov Barışan

1391/11/...