Əllərində
kibrit,
Ah... kibrit satan qız;
Ahın yaman yandıracaq...
Yanır...
Yandı...
Dingələn bir gecə olacaq...
Olur...
Oldu...
Bəxtin avrupada
"Hans krestian anderson"un
Qələminin cövhərindən də qara.
Və əlbəttə dəlisov bir qar yağacaq...
Yağır...
Yağdı...
Artıq rahat
ol, utanma, aç ləçəyivi;
O qədər saçların ağarmış ki
Naməhrəm də görənməz saçlarıvı.
Tanrıların başı nəm-harda qarışıb!!!
Bura Təbriz;
Şair adlı bir pasaj önündə döşən.
Fasilələrdə mi bəzənib qadın oldun sən!?,
Şeir oldun sən!
Dinmə,
Dil tökmə,
Sus...
Sus...
Sayqı duruşundayam mən.
Danışır gözlərində bir sukut!
Oxunur ölkəmin milli marşı...
Bax...
Bax...
Bax...
Çırpınır bir şəhər..,
Çırpınır ürək..,
Titrəyir əl...
Qocalığıvı yazmaq
Mənim payım olur.
Və nəfəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Həvəs...
Həvəs...
Səs...
Səs...
Səs...
Xiyavan!!!
Hə
Hər kəsi ilgiləndirən bir sov:
"Şəkilla məməsini eşiyə qoymuş,
Orasından yapışıb oynayır Maykel cəkson."
Ehey şu şəhərdə şeirlərivə şişən şeyi şişmiş şair
Sən tükətdir,
Tükətdirsin muxatəbin:
Oh my god...
Yee... yee...
Oh yee...
Yerikləyirəm zirhov...
Post modern doğam!!!
Pəhov
Hələ təxt üstünü götüm görməmiş.
Yox
Yol getməyirsən yuxuda,
Yuxundan yollar geçir!
Bir mən gedir səndən
Bizə həsrət
Kibrit satan qarı;
Sən darvinism təbiəti tək,
Sən kapitalism cəmiyəti tək
Qat-qat
Qat içində uyumlu,
Qat dışında mütəzad!
Ah... əlbəttə bir
Şıdırğı yağış yağacaq,
Yağır,
Yağdı.
Dur gizlət
Gözyaşlarıvı yağmurda
Və sonra son
kibritivi çax,
Qızışsın,
Işıqlansın,
Arınsın
Bu son şeirimi yazım.
Şeir:Xosrov Barışan
2012