Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

Xosrov Barışan(خسرو باریشان)

Nə qərib axtarışdır!—Cansız dirilər şəhrində--Tikrarın tikrarında—Özümün ilkində--Sonumu axtarıram

بیر یولا سالما((Bir yola salma))

 

((Bir yola salma))

 

Sən də get,

Sən də

      Burax məni!

Budağından üzülən

             Yapraq sayağı!

                                 Qop...

                                    Sovuş...

                                            Geç...

Ancaq;

Saralıb, sırtılıb, şitlənmə.

Cəhənnəm ol.

Artıq sən

  yel təxtinə ləm vermişsən!

Haydı,

   İtil didi.

Necə olsa da;

Mən 

  Qışlara alışığam.

 

Şeir:xosro solh konəndə(barışan)

1384/2/...

        

باریشانین بییوگرافیسی--Barışanın həyatı

Barışanın həyatı:

((Xosro solh konəndə)) 1361/11/9 nda ((Təbriz)) şəhərində dünyaya göz açdı.O ilk,orta və mütəvvəsitə öyrənimini Təbrizin çəşidli oxullarında geçirdi.Sonra Şəbistər üniversitəsinə ((Dampərvəri mühəndisliyində)) qəbul olundu.1385 inci ildə lisansını aldı.Xosro öz təxəllüs adını ((Barışan)) seçibdir.Bu ad; öz soyadının (solh konəndə) türkcə söyləmidir. ((Barışan))dan  bir şeir toplusu ((Yağış Saniyəsi)) başlığı ilə yayınlanıbdır.şeirdən əlavə, barışan öykü yazmağa da maraqlı bir yazıçıdır.Üniversitə illərində barışan ((Aşina)) adlı dərginin baş yazarlığın üstələnmışdır və indi də elə bu işə dəvam etməkdədir.Ayrıca onun şeir, öykü və başqa yazıları Azərbaycan və İranın çeşidli qəzet və dərgilərində yayınlanmışdır.İndilikdə Barışan ikinci kitabının ((mən sənə məcburam)) üzərində çalışmalarını sürdürür. Bu kitab, Türkiyənin adlım şair və yazarı; ((Atilla ilhan))ın seçilmiş şeirlərinin toplusudur ki Təbrizin ((Ərk)) intişaratı onun nəşrin üstələnibdir.Barışan şeir və yazında yenilik və çağdaşlıqdan yana bir yazıçıdır.Və tekrardan kəsin olaraq saqınır.Ancaq öz kök və kültürümüzdən, bir sözdə kimliyimizdən uzaqlaşmamağı vurqulayır.

 Əziz oxucular, bu sayt(sitə)da siz Barışanın basğıya buraxılmış əsərlərini oxuya bilərsınız .Üstəlik öz dəyərli görüşləriniz barışanın əsərlərinə görə bildirsəniz, bizi çox məmnun edərsiniz

ساتغین-- گؤر؛نه ییوی سئودیم((Satğın—Gör; nəyivi sevdim))

Satğın!!!))))

 

Sırtılan yaltağa bax...

Bu adam

           Qusur...

            Qusur...

               Anasının pak sütünü,

                                            Bəh-bəh ilə!

Bu adam;

Od vuru, A...

    Atasının əkdiyi tarlalara!

Onunla qızışdırır

       Buz bağlayan arzısını!

Bu adam;

Uşağının gələcəyin ayaqlayır,

Dik-çuxur, əyri yolun hamarlayır!

Yaltaqlanan sırtığa bax;

Bu adam;

Tüpürür

   Damarındakı qanını!

Bu

 Adamın,

  Yetimlik morfinidir!

Atasını yetim edib!

Özünü də yetim edir!

Uşağını yetim edecek!

Xolyasını ondan alır!

Sonradakı;

Yetimlərin qıda sığan məndəsilə,

                  Dəstmallayır mənfəət çəkdiyini!

Sırtığa bax...

Yaltağa bax...

Özü də bilmir ki satır nəyi, nəyə!

Təkcə satır...

                Satır...

                     Satır...

Yaltqlanan, sırtılan satğına bax...

Bu adam özün satır!!!

Şeir:xosro solh konəndə(barışan)

                                            1384/9/30

 

                              

Gör nəyivi sevdim))))

 

Sevdim belə bil; pusğusuz həmlələrivi.

Sevmədiyivi, üzümə demələrivi.

 

Satmaqdan qazanc tapan; bu biçim dünyada,

Söylə dahı bir də sevəydim nələrivi!?

 

 Şeir:xosro solh konəndə(barışan)

 

 

درد--گئتدیم،ایتدیم،بیتدیم((Dərd--Getdim,itdim,bitdim))

((Getdim,itdim,bitdim.))

 

Gəldi inanan ordusu, getmək mənə düşdü!

Tapdı qonuyu yazıçı,itmək mənə düşdü!

Sordum; necə bir öyküdü bu, hammı köpübdür?!

Dünya nağılı başladı, bitmək mənə düşdü!

 

Şeir:xosro solh konəndə(barışan)

-------------------------------------------------------------

Dərd))))

 

Yaşamaq bu şıx,dərdimin adıdır.

Sancısı; anlamaq acı dadıdır.

Əcəl də çarə qılmırı dərdimə!

Hər şeyrim; sancıların fəryadıdır.

 

Şeir:xosro solh konəndə(barışan)

سون سئویشمه(Son sevişmə)

 

(( Son sevişmə ))

 

Bu gecə, bəlki son gecəmdir;

                               Sənin yanında.  

Haydı; sevdicəyim

                 Aç çarşabıvı 

                   Səhərə çıxan anlarım dək.

Soyun, hazırlan;

                 Çırıl-çılpaq,

                      Sadə insan dək.

Bəlki bu;

          Son sevişməmizdir.

Fəlsəfə qoxulu qucağıvı mənə aç.

Və zaman deşən qollarıvı boynuma sal

Qoy öpüm; Duyğu çiləyən barmaqları,

       Sığallayım saçlarıvı,

             Dağ qazan əllərimlə          

E..y; düşüncə hörüklü qız.

 

Bu gecə; ən atəşlı halımla;

                     Yanar dağlar kimi.

Ən ətəşli istəklə;

       Çatlaq zəmilər dək.

                Sevişəcəyəm səninle.

Qoy bilsinlər ki hələ də;

                  Xəstəliyim bitməyib.          

Qoy bilsinlər ki hələ də; susamış haldayam

Öp məni, öp…

Çiçək addım, al dodaqlarınla

Mənə susğunluğu; susdurmağı öyrədən dodaqlarınla.

Ve həyat doğan nəfəsivi düyünle nəfəsimə.

Gəl sevişək  A…sevgilim.

Gel…

Ey xatirə bəzəkli qız.

Bu son sevişməmiz bəlki.

Göm-göy baxışımla;

                  Canımın iliyin,

                        Bir gəbə şeirimi

                                                  Əkirəm

                                            O yam-yaşıl gözlərivə.

Və mən gedəndən sonra;

Bilirəm…

    Arxayınam...

             İnanıram…

     Doğacaqsan mələyim

                           Arzı adlı körpəmizi.

 

Şeir:xosro solh konəndə(barışan)

E-mail:barishan1983@yahoo.com

نه بیلیم؟!((Nə bilim))

((Nə bilim?!))

 

Ürəyimdə od yanırmış, nə bilim?!

Əlovlar içrə qanırmış, nə bilim?!

 

Elə bir ışıq saçırmış gecədə;

Uyuyan keh oyanırmış, nə bilim?!

 

Daş olan ürək belə bu istidən;

Əriyirmiş, calanırmış, nə bilim?!

 

Hisara salanda od soqaqları;

Qaraqollar taranırmış, nə bilim?!

 

Hər görən faceəni anlayaraq,

Qorxudan zorla danırmış, nə bilim?!

 

Dəhşətli bu olayı tanrı belə;

Bir doğal olay sanırmış, nə bilim?!

 

Çarəsində bu yasaq düşüncənin;

Od üste od qalanırmış, nə bilim?!

 

İstədim şeyr yazam bu halətə;

Dilimdə söz dayanırmış, nə bilim?!

 

Adi səhnələr yanarmış ((barışan)),

Yerinə dət yaranırmış, nə bilim?!

 

Şeir:xosro solh konəndə(barışan)

اؤیکو:نورماللارین نورمالی((Öykü:Normalların normalı))

                     Normalların normalı

 

İşsizlikdən lab az qala dəli olacaqdım.elə bunu düşünürkən önümdən bir dəli ,«keçəl- keçəl bamiyə, getdi mərizxanəyə...» qoşmasını oxuyaraq sovuşdu.öz-özünə gülümsəyərək, özümə dedim:(gör nə həlalzadədir bu, həə..., kaş mən də buna tay dəli olaydım.gör nə xəyalsız-xəyalsız, vellənə-vellənə özünə qoşma oxuyur.dünyada atom bombası patlasa belə, vecinə deyil!) Sonra dedim:(yox ay kişi, bu ki olmaz. doğru ki o yetdi ölkədən özgürdür, ancaq onu sevənler onun bu halından qan ağlayırlar. Mən ki bir varlığın biləmdən sinsiməsinə razi olmaram.belə olmaz.yox, belə ki olmaz.) Birdən yuxudan daşlanan kimi özümə gəldim.baxdım, gördüm bir tükançı mənə hürüd-hürüd baxaraq, deyir:(bax bu gedəyə, bu da bir növ dəlidir.)dedim:(əşi yalan da demirsən aa..,mən doğrudan da dəliyəm.axı öz çövrəsinə uymayan bir varlıq, həmməşə anormal adlanar, və anormal insana da dəli deyərlər.ancaq işin burasına gəl ki sən anormal bir toplum içinde normal olasan.onda nə olar!? nə od başıva tökməlisən!?)gördüm; kişinin qulaqları qızarıb, dil-dodağı bir-birinə dolaşdı.sonra mənə dedi:(ay gedə sən heç danışmağıvı başarmırsan, anlamları bir-birine qatdın ki...)gülümsəyərək dedim:(Sən deyən olsun.zatən, həmməşə belədir.şaşma haaa...)sonra yola düzənləndim.günəş də lab az qalırdı, olan-qalan beynimi də əritsin.bəlki bir küllü özümü düşünmək olayından rahatlayam.görəsən; o da belənçi bir toplumun üyəsiydi!?

Bəli, altı ay olardı ki mən lisansımı almışdım,evdə oturub, anama ev işlərində yardım edirdim. yəni ev oğlu olmuşdum.hərdən üstümə fikirlər yügürəndə bir zadlar cızma-qara eləyirdim. bəzilrinin dediyinə görə; onlar şeir adlanırdılar.kimisinin dediyinə görə; onlar öykü, nəsr, düz yazı və... belənçi bir qasdannamələrlə adlandırılırdılar. əslində özüm də bilməyirdim nə yazırdım, ancaq yazırdım.bəzilərinin siqar çəkmələri kimi, mən də buna mövtadıydım.axşamlarsa atam hirslənən çağlarda;  ikiz yapışqandan bərk yapışan deyinmələr nuş eləyirdim.örnəyin:(Ay gedə bamadordan omlet çıxar, səndən adam çıxmaz.hələ pis-pis də mənə dərs oxuyub, lisans alıb.indisə bir bucağa girib, mənə şer-qəzəl yazır.odur baa...məş qəzənfərin oğlu bazarda pula pul deməyir.ağıllı başlı uşaq elə olar da.uşaqlıqdan bazar işinə gedib, al-ver öyrəndi.indi bir qurddur.sən də yazıq benəva gedib, dərs oxudun.həm mənim dilsiz, ağızsız pullarımı qətlə yetirdin(üniversətə şəhriyəsinə görə).həm də irmi dörd yaşın var, hansı qız üzüvə baxsa pulun yox! indi mənə duyqusallıq teatrı oynayırsan.yenə də yazı, kitabdan əl çəkməyirsən.odur baa...böyüyünüz şəhriyarıydı da, fəlakətdə ölmədi mi? yenə də ona rəhmət, o birisilər intihar etmişlər.ala baa... daş başıva.)

             Bəli, bunlara tay sözləri, nə təkcə atam, bəlki başqaları da aydın olmazsa da, gizli söyləyirdilr.yəni düzün axtarsanız baxışlarından sezirdim.irgənməli, o xayin baxışlardan, yırtıcı, mənfəət axtaran baxışlardan. axı mən qatiliydim! cəhaləti qətlə yetirirdim.ancaq bütün bunlara gülməyim tuturdu.hayat sanki bir komediydi.

Çarliçaplin komediləri kimi, kəmal sunal filimləri kimi;(eşşək oğlu eşşək) deməyim gəlirdi.ucadan qah-qah qaqqıldayırdım.axı bir boyuddan da baxanda, yazıq atam da haqlıydı.axı məndən böyük əmioğlum lisansın alandan sonra, bir sovti-təsviri mağazasında şagirdlik eləyirdi.ayağım bir daşa ilişib, az qala yıxılacaqdım ki, yenə özümə gəldim.daşı qaldırımın ortasında öpməyim gəldi. elə bil o daş bir su olub, məni qorxulu bir kabusdan ayıtdı.başımı qaytardım, dedim:(pəho..v, gedə, eləbil banki sovuşdun ki...) axı qərariydi su ve bərq qəbizlərin banka ödəyəm.bir halda ki o gün həm sonuncu ödəmə günüydü, həm də cümə axşamıydı, yəni idari qurumlar obirisi  günlərə görə tez qapanırdılar.tələsik qaçmağa başladım.

⎕ ⎕ ⎕

sıra mənə yetişmək üzərəydi ki, banka bir yaşlı kişi girdi.uzaqdan bankın başqanı ayağına durub salam verəndən sonra dedi:(hacağa, xoş gəlmişsiniz.) Şansın çoxluğundan, haman kişi mənim sırama soxuldu.istədim bir söz söyləyim ki, bank işçisi dedi:(hacağa qabaqcadan tilfun açıblar.)hacağa dedikləri, öz hesabına otuz milyon tümən pul tökmək istəyirdi.kağazı alandan sonra mənə üz çövürüb, dedi:(Ay oğlan, gəl bu iki min tüməni, bu kağazı mənə doldur.)dedim:(Ay kişi, özün dolduranmısan mı!?) Dedi:(yox, mənim savadım yox ki, gəl doldur, budur baa... bu iki min sənin.)dedim:(əşi, o iki mini apar, ver oxula, orada adıvı yazmağı öyrən.sonra gəl, danışaq.) əlin qovzayaraq, dedi:(Ay gedə, mənə yaman mı deyirsən!?bilirsən mi mən kiməm?)dedim:(hən, necə bilməyim, sən normalların normalısan.)bir vurum-şıllaq düşdü ki, gəl, görəsən.o gün qəbizləri də ödəyənmədim.evdəki fırtınanı da özünüz zəhmət çəkib, sezərsiniz.

 

  YAZAN: XOSRO SOLH KONƏNDƏ (BARIŞAN)

Açıqlama:

Yazdığım bu öykü, təbrizin ərk qəzetində;(1385/7/18) tarixində, çap olmuşdur, ancaq bəzi yanlışlıqlar və dəyişmələrə yol verilmişdir. əmdən ya da səhvən bilməyirəm. ancaq onun düz forması yuxarıda yazıldığı kimidir.

 

 

 

                                       

 

ایز--یاشایان دیلک((İz--Yaşayan dilək))

İz..»

 

Bu yolda

         əzilsəm belə;

Sənin

    Ayaq izin olacağam.

Ta...

   Aydınlığa gedən hər yolcu,

                                      Yolun tapsın.

 

Şeir:xosro solh konəndə(barışan)

--------------------------------------------------------------------

Yaşayan dilək »»

 

Biz paylaşılan

     Birər çörəkdik,

Sozarmış, çatlaq dodaqlara,

                     Açılmayan süfrələrdə.

 

Lanət olsun...

 Çürümüş bu dişlərin

                        Çırpışmasında;

                                  Dartılaraq

                                            Tökülürük!

⎕⎕⎕

Biz bəzəyən

  Birər çiçəkdik.

Altın, qomaşdıran başaqlara,

                        Əkilməmiş zəmilərdə.

 

Lanət olsun...

        İylənmədən sozarırıq!

⎕⎕⎕

Biz bəlki də;

        Son insanın

            Son nəfəsiydik.

Sarılan üzlü nəsiydik,

               Yaşama dörd əllə,

                        O süfrəli çöllərdə.

Hələ də ki hələdir;

                         Kəsilməmişik.

 

Şeir:xosro solh konəndə(barışan)

--------------------------------------------------------------------

یازار--گئتمه آخی--عیصیان

Yazar...»»

 

Oxumadın ürəyimin sözlərin!

Bürgələyib məni, kağız dək atdın!

 

Ayrılığı sən yazdın bu yazğıma!

Anlamsız bir həyat mənə yaşatdın!

 

Şeir:xosro solh konəndə(barışan)

----------------------------------------------------------------------

 Getmə axi... »   »

 

Ömrümün anlamını, varlığıma bağışladın.

Ömrümü oğurlayıb, bir an kimi, getmə axı...

 

Qurumuş budağıdım; açanda sən, çiçəklədim.

Axmaq ilə, can alan bu qan kimi, getmə axı...

 

Göybucaq arzılara qanatıydı sədaqətin.

Qıvrılan, yerlə gedən ilan kimi, getmə axı...

 

Bilirəm haqq acıdır, yalan şirin, bu sevda haqq!

Acı olsaq da olaq, yalan kimi, getmə axı...

 

Anlımın yazğısını; ayrılığı, poz. didi dur.

Öncədən rəsm olunan plan kimi, getmə axı...

 

Şeir:xosro solh konəndə(barışan)

---------------------------------------------------------------------

İsyan...»»

 

Yenə də isyana qalxarsa dəniz

Dənizin şallağın, qıyı yeyəcək!

Onda, qeyrət qanı cuşa gələrək,

Ah çəkib dəniz, yamanlar deyəcək.

Xuyu məncil, o kilis dağ tutacaq;

Boğacaq göydə dəniz hayxırışın!

Dənizin gözyaşilə

                     Bəhrələnib,

Ətəyindən nə bəzəklər! Saçacaq.

Vay..., dağın tək ətəyi barlanacaq!

Arxasında quruluq, çat qoşunu;

                             Talayıb hər yeri,

                                      Qitliq salacaq!

⎕⎕⎕

Çox övünmə özüvə

                           Hey, qaba dağ...

Bil ki o gün gələcək.

Arxayınam.

⎕⎕⎕

Dənizin dağını yer

                      Duydu, a...han.

Mincə boğulmuş ahı bax;

                               Şövlə çəkir.

Sarsıdır yer damarın.

Al qoşun qovzanaraq,

Dağ sinəsin

           Yararaq, ilərləyir.

Doğru başa...

         Get qabağa...

                        Qabağa....

                                Qabağa...

Yağa-yağa...

         Birdən birə;

                 Saplanır

                      Basqilanan

                           Ahının gülləsi,bax;

                                             Pörtülərək

Beyni patlayır, dağılır.

Haylanır bir ulu səs;

«                            «Dağı dağlar dağıdar.

 

Şeir:xosro solh konəndə(barışan)

--------------------------------------------------------------

 

خسرو صلح کننده(باریشان) دان چئویرمه لر

«سئودان منی»

 

 

ترک ائتمه دی سئودان منی!

آج قالدیم...

       سوسوز قالدیم...

خایین قارانلیقدی گئجه.

جان غریب،

      جان سوسقون،

                جان پارامپارچا،

و اللریم قاندالدا،

توتونسوز، یوخوسوز قالدیم.

              ترک ائتمه دی سئودان منی!

 

شئعر :احمد عاریف

کؤچورن: باریشان

----------------------------------------------

«موفته...»

 

 

موفته یاشاییریق، موفته!

هاوا موفته، بولود موفته.

دره-تپه موفته.

یاغیش، لیغ-زیغ موفته.

اوتوموبیللرین ائشییی،

             سینمالارین قاپیسی،

                           ویترینلر موفته.

پنیر-چؤرک دئییل آمما،

             آجی سو موفته.

کلله قییمتینه آزادلیق،

              اسیرلیک موفته.

موفته یاشاییریق موفته!

 

شئعر:اورخان ولی قانیق

کؤچورن: باریشان

--------------------------------------------------